Bakının Xətai rayonunda oğurluq baş verib.
Teleqraf.com xəbər verir ki, “F-Centre” şirkətindən 15 min ABŞ dolları dəyərində televizor oğurlanıb.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Xətai rayon 37-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Həsən Əliyev tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov