9 Noyabr 2016 21:39
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonu ərazisində quldurluq hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, 3 nəfər naməlum şəxs Bərdə rayon sakini Elgün İsmayılovu “VAZ-2106” markalı avtomobilə oturdublar.

Onlar Elgün İsmayılovu avtomobildə döyərək 200 manat və 10 min rubl pulunu, habelə mobil telefonunu alıblar.

Elgün İsmayılov baş verən hadisə ilə bağlı Yasamal rayon Polis İdarıəsinin 29-cu polis bölməsinə müraciət edib.

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elvin Bağırov, əvvəllər məhkum olunmuşlar Famil Babayev və Balakən rayon sakini Mahir Aşurov tutulublar.

Elvin Bağırov cinayət törədilən zaman istifadə olunan avtomobilin sahibi olub.
Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər