Göygöl rayonunun Xaqani kəndində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 1984-cü il təvəllüdlü kənd sakini Məmmədov Vüsal Eldar oğlu qarın nahiyəsindən bıçaqlanıb.
Yaralı öz yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.
Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.