Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Lalə Mahmudova və sevgilisi Sədi Məmmədovun məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən prosesdə hökm oxunub.
Lalə Mahmudova 19 il, Sədi Məmmədov 20 il azadlıqdan məhrum edilib.
Qətl ötən il sentyabrın 26-da Yasamal rayonunda baş verib. İtkin düşən Kamran Mahmudovun 5 gün sonra öldürüldüyü müəyyən edilib. Cinayəti mərhumun həyat yoldaşı Lalə Mahmudova və sevgilisi Sədi Məmmədovun törətdilyi aşkara çıxıb. Hər 2 şəxs saxlanıb.
İstintaq araşdırmaları zamanı məlum olub ki, sentyabrın 26-da gecə saatlarında Sədi Məmmədov Lalə Mahmudovanın yaşadığı evə gəlib. Bu zaman mərhum Kamran Mahmudov və evdəki azyaşlı uşaqlar yatırmış.Lalə Mahmudova ilə əvvəlcədən plan quran Sədi Məmmədov özü ilə gətirdiyi tapançadan yatmış Kamran Mahmudovun baş nahiyəsinə 3 atəş açıb. İzi itirmək məqsədilə onlar meyiti hissələrə bölərək bağlamalara yığıblar.
Həmin bağlamalarla Sədi Məmmədov Bakıdan İsmayıllı rayonuna yola düşüb, meyiti meşədə basdıraraq Bakıya qayıdıb.
Lalə Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, əri isə bizneslə məşğul olub.
Hacı Zeynalov