4 İyul 2014 16:04

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bloqqer Ömər Məmmədovun işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Eldar Mikayəlovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ömər Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Ömər Məmmədov 2014-cü il yanvarın 24-də həbs olunub.

İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...