Şəmkir rayonunda bıçaqlanma hadisəsi törədən şəxs yaxalanıb.
Teleqraf.com xəbər verir ki, yanvarın 3-də Şəmkir rayonunun Seyfəli kəndində kənd sakini İlkin Məmmədov münaqişə zəminində həmkəndlisi Elmir Mehdizadəyə bıçaqla xəsarət yetirib.
Şəmkir rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İlkin Məmmədov saxlanılıb.
Qeyd edək ki, Seyfəli kəndində 1999-cu il təvəllüdlü Elmir Mehdizadə naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün Elmir Mehdizadənin həyatını xilas etmək mümkün olub. Onun qonşusu tərəfindən bıçaqlandığı bildirilir.
Hadisə söyüş üstündə baş verib.
Hacı Zeynalov