Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, yanvarın 4-də Naxçıvan şəhər sakini Təhmasib Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu - Sabirabad rayon sakini Rövşən Cəfərovu bıçaqlayaraq öldürüb.
Qətlə yetirilən Rövşən Cəfərov əvvəllər məhkum olunub.
Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Təhmasib Fərəcov tutulub.
Hacı Zeynalov