10 Yanvar 2017 11:59
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Qurbanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Tahir Qurbanov vəsatətlə çıxış edib. O, barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Vəsatət təmin edilməyib.

Məhkəmə baxışı yanvarın 13-nə təyin olunub.

İttihama görə, Tahir Qurbanov 6 nəfərin etibarından istifadə edərək, onlardan ümumilikdə 80 min manat pul alıb.

Tahir Qurbanov əvvəllər prokurorluqda müstəntiq, istintaq şöbəsinin rəisi vəzifələrində çalışıb. O, həbs olunan dövrdə Vəkillər Kollegiyasının üzvü olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər