Bakının Nərimanov rayonunda evdən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərdən birindən içərisində 40 min ABŞ dolları və 30 min avro pul olan seyfi oğurlanıb.
Oğurluqdan bir neçə gün əvvəl Sadiq Heybətov dostunun evinə qonaq gəlib. O, evdə dostunun seyfində külli miqdarda pul olduğunu görüb.
Evdən gedən Sadiq Heybətov
Sahil qəsəbəsində yaşayan tanışları - Aslan Mikayılov, Royal Kərimliyə zəng edərək dostunun külli miqdarda pul olduğunu bildirib.
Birləşən tanışlar gecəyarısı Sadiq Heybətovun dostunun evinə gəliblər, seyfi götürərək aradan çıxıblar. Tanışlar Sahil qəsəbəsinə gətirdikləri seyfi dəniz sahilində açıblar. Seyfdəki 40 min dollar və 30 min avronu aralarında bölüblər.
Hadisə ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi məlumatlandırılıb.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Aslan Mikayılov, Royal Kərimli və Abşeron rayon sakini Sadiq Heybətov tutulublar.
Məlumata görə, evindən oğurluq edilən şəxs paytaxtda bizneslə məşğul olur. Onun adı açıqlanmır.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov