8 Fevral 2017 09:32
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayonunda silahlı insident baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Dilman kəndində yerləşən mal-qara fermasında qeydə alınıb.

Rayonun Kalva kənd sakini, 1965-ci il təvəllüdlü Mikayıl Qəniyev özünə məxsus mal-qara fermasında ov tüfəngindən açdığı atəşlə özünü vurub.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, Mikayıl Qəniyev silahla ehtiyatsız davranıb və açılan atəş ona dəyib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər