Cəlilabad rayon polis şöbəsinin keçirdiyi əməliyyat zamanı narkotik alverçisi iş başında yaxalanıb.
Müxbirinin verdiyi məlumata görə, əməliyyat zamanı Gəncə şəhərində yaşayan 1965-ci il təvəllüdlü Rəhim Fərhad oğlu Tağıyev tutulub.
O, Şəmkir rayonunda yol kənarından yığdığı 7 kq dan yuxarı marixuananı satmaq məqsədilə Cəlilabad rayonuna gətirib. Onun sözlərinə görə, bu işdə hələlik adları polisə məlum olmayan 2 nəfərlə əlaqəli olub.
Həmin şəslər Cəlilabada çatdıqda gizlincə aradan çıxa biliblər.
Rəhim Bağırovun sözlərinə görə, onlar marixuananın 1 kiloqramın 1000 manata satmağı planlaşdırıblar. Polis onların bu arzusunu ürəyində qoyub.
/ans press/