Rus ordusunun Ukraynaya ballistik raket hücumu nəticəsində Kiyevdə 6 səfirliyin yerləşdiyi binaya ziyan dəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Qeyd olunub ki, hücum nəticəsində Albaniya, Argentina, Fələstin, Ş.Makedoniya, Portuqaliya və Monteneqro diplomatik nümayəndəliklərinin olduğu binanın pəncərələri sınıb və tavanlar zədələnib.
Diplomatlar arasında itki olmadığı açıqlanıb.
Hadisəyə münasibət bildirən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen hücumu pisləyib.