11 Fevral 2017 12:43
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda yaşayış evində güclü partlayış olub.

Teleqraf.com xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Yeni yaşayış sahəsində yaşayan Təvəkkül Məmmədovun evində təbii qaz sızmasından yanğına keçən partlayış baş verib.

Dağıntı olmayıb, nəticədə evin 20 kvm. sahəsində yanar konstruksiyalar yanıb, yanıq xəsarətləri alan ev sahibi və qonağı, Bakı şəhər sakini İlham Kərimov xəstəxanaya yerləşdiriliblər.

Hacı Zeynalov


Müəllif: