23 Fevral 2017 20:10
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə Əli İnsanovu ev dustaqlığına buraxılması barədə vəsatıti təmin etmədi

Bu gün Qaradağ rayon Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun ev dustaqlığına buraxılması haqda vəsatətə baxılıb.

Teleqraf.com xəbər verir ki, sabiq nazirin vəkilləri Toğrul Babayev və Ağaveyis Şahverdinin vəsatəti təmin edilməyib.

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. Həbs müddətinin başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yenidən cinayət işi başlanıb.

Bu dəfə keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirləndirilir. Əli İnsanov isə ittihamı qəbul etmir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər