Gədəbəy rayonunda silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Turşsu kəndində qeydə alınıb.
Kənd sakini Ayaz Cəfərov ehtiyatsızlıq edib və tüfəngdən açılan atəşlə ayağını yaralayıb.
Rayon polis şöbəsi əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan tüfəng Ayaz Cəfərovdan alınıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov