Oğuz rayonunda intihara cəhd olub. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bucaq kəndində qeydə alınıb.
Kənd sakini, 1990-cı il təvəllüdlü Çinarə Rüstəmova intihar etmək məqsədilə çoxlu sayda dərman qəbul edib. O, ağır vəziyyətdə xəstəxanaya gətirilib.
Ona tibbi yardım göstərilib, həyatını xilas etmək mümkün olub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov