10 İyul 2014 14:42
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunda yaşayış evinin həyətində partlayış olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb. Kənd sakini Xurşud Mirzəyevanın həyətindəki qaz sobasında təbii qazın sızması nəticəsində ani partlayış baş verib.

Yanıq xəsarəti almış Xurşud Mirzəyeva xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: