10 Mart 2017 17:54
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Şahin Sultanov və Kazım Əsgərov son söz deyib. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Bundan sonra hakimlər hökm qəbul eləmək üçün müşavirə otağına gediblər.

Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Prokuror Şahin Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Bundan əlavə prokuror iş üzrə ittiham olunan 26 nəfərdən 4 nəfərinin şərti cəza almasını, digərlərinin isə müxtəlif vaxtlara məhkum olunmasının istəmişdi.

Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilib.
Şahin Sultanov və digər şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər