Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Naxçivanski küçəsi ev 78 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 41 yaşlı Namiq Məmmədov naməlum şəraitdə bıçaqlanıb. O bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Həkim nəzarəti altında saxlanılan Namiq Məmmədovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin kim tərəfindən və ya hansı səbəbdən törədildiyi məlum deyil. Hazırda polis cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov