1 Aprel 2017 11:53
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda ötən il baş verın quldurluq cinayətinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, ötən il oktyabrın 29-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Həsənxan Salmanovun evinə bir qrup şəxs basqın edib.

Onlar Həsənxan Salamovun, arvadı Səməndərin və oğlu Bəxtiyarın əllərini yapışqanlı lentlə bağlayıb, baş nahiyələrinə küt alətlə xəsarət yetirməklə evdən 2400 manat pul, 1000 manat dəyərində qızıl əşya və 2 mobil telefon aparıblar.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhruz Muxtarov tutulub, daha 2 nəfər isə müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər