6 Aprel 2017 16:07
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə şahid qismində Əsgər Məmmədov ifadə verib.

O bildirib ki, əvvəllər beynəlxalq bankda işləyib, hazırda işsizdir.

Şahid istintaqa ifadəsini təsdiqləyib: "Bankda əvvəlcə departament rəisi, sonra idarə heyətinin sədr müavini işləmişəm. Öz ərizəmlə işdən çıxmışam. Kreditlərin ayrılmasına göstərişi bankın rəhbəri verib.

Dünyamın Xəlilovun şirkətlərə kredit ayrılması üçün banka göstəriş verməsi barədə məlumatım olmayıb. Kreditlərin ayrılmasına Emin Mustafayev nəzarət edirdi. Bankın xaricdə olan layihələrindən sonra xəbər tutmuşam".

Şahid Fuad İslamov bildirib ki, Beynəlxalq Bankda baş direktor işləyir: "Dünyamin Xəlilov və Şakir Musayevi tanıyıram. Mənim barəmdə ayrıca cinayət işi olmayıb. 2008-2012-ci illərdə kredit komitəsinin üzvü idim. Kredit alan şirkətlərin sənədlərinə imza atmışam. Qanunsuzluqlara yol verilməsindən xəbərim olmayıb. Bizə sənədlər verilirdi, həmin sənədlərə uyğun kredit ayrılması təhlil edilirdi. Mən birbaşa rəhbərlikdın tapşırıq almamışam. O vaxtı kredit komitəsinin sədri Emin Mustafayev iid, sonra Akif Əliyev olub.

Kredit komitəsinin sədri sənədləri bizə verirdi, deyirdi ki, rəhbərlik təqdim edib, biz də imza atırdıq. Biz imza qoymasaydıq, kredit ayrılmayacaqdı. Komitənin 7 üzvü vardı. Tək mən imza atmasaydım, digər 6 nəfər imza etsəydi, kredit qeyd olunan şirkətə ayrılacaqdı.

Kreditlərin verilməsini bizdən başqa idarə heyəti, məbləğ böyük olduqda isə müşahidə şurası yoxlayırdı. Kredit 50 mindən çox olduqda müşahidə şurası sənədlərə mütləq nəzarət edirdi.

Kredit verilməsinin arxasında layihələr dururdu. Amma sonradan məlum oldu ki, layihələr yoxmuş. Amma sənədləşmə işlərində layihələr təqdim edilib. Həmin layihələrə uyğun kreditlər verilib. Bəzi kreditlər verilərkən girovu olmayıb".

Digər şahid Viktoriya Xəlilova bildirib ki, Dünyamin Xəlilova aid bir neçə təşkilatda baş mahasib işləyib: "Müstəntiq pulların köçürülməsini soruşub. Bildirmişəm ki, vergi və digər podratçı şirkətlərə pul köçürülməsində iştirak etmişəm".

Proses aprelin 13-də davam edəcək.

İttihama görə, Dünyamin Xəlilov "Azərbaycan Beynəlxalq Bank" ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub. Bir neçə cinayətin törədilməsi üçün "Səbail Mebel" ASC-nin baş direktoru Seyfulla Seyfullayev, "Aqora" MMC-nin direktoru Fərhad Əmiraslanov, "Kondor Qrup" MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə cinayətkar qrup - mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakı qəsdlə və təkrar talayaraq mənimsəyib israf etməklə "Azərbaycan Beynəlxalq Bank"ına külli miqdarda ziyan vurublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər