Bakının Sabunçu rayonunda taksi sürücüsünə qarşı soyğunçuluq edilib.
Teleqraf.com xəbər verir ki, rayonun Bakıxanov qəsəbəsində Zəka Salmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə bir nəfər sərnişin minib.
O, avtomobildən düşərkən sürücünün əlindəki 32 manatı alaraq qaçıb. Taksi sürücüsü baş verən soyğunçuluqla bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə müraciət edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini Coşqun Qurbanov tutulub. Onun əvvəllər də məhkum olunduğu məlum olub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov