Abşeron rayonunda qətl hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.
1966-ci il təvəllüdlü Tapdıq Məmiyevin meyiti küçədən tapılıb. Onun üzərində zorakılıq əlamətləri aşkar olunub. İlkin məlumata görə, Tapdıq Məmiyev döyülərək qətlə yetirilib.
Onun kim tərəfindən və hansı səbəbdən öldürülməsi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb.
Hacı Zeynalov