Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov barəsində həbs qəti imkan tədbiri seçilib.
Bu barədə Teleqraf.com-a Bakı Hərbi Məhkəməsindən məlumat verilib.
Məlumata görə, Şahin Sultanovun barəsində həbs qəti imkan tədbirini seçilməsi ilə bağlı Respublika Hərbi Prokurorluğu məhkəmə qarşısında vəsatət qalıdırıb. Məhkəmə vəsatəti təmin edib və Şahin Sultanovun barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçib.
Şahin Sultanov Cinayət Məcəllsəinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (özgənin küllü miqdarda əmlakını talama) maddəsi ilə ittiham edilir. Şahin Sultanovun həbs edilməsini Respublika Hərbi Prokurorluğundan təsdiqləyiblər.
Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov bu ilin martında vəzifəsindən azad edilib.
Hacı Zeynalov