14 İyul 2014 13:27
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda azyaşlının yaralanması ilə nəticələnən yol qəzası olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Ü.Hacıbəyov küçəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə Qazaxıstan vətəndaşı, azyaşlı Əminə Nəbiyeva vurulub. Ona xəstəxanada ilkin tibbi yardım göstərilib.
Səbail rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif: