24 Aprel 2017 11:35
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda qətlə yetirilən filial müdirinin oğlu və müavini dindirilib.

Aprelin 22-də qətlə yetirilən "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz rayon filialının müdiri Raya Nurəddin qızı Bayramovanın oğlu və müavini istintaqa ifadə verib.

Məlumata görə, R.Bayramovanın oğlu ifadəsində bildirib ki, anası iki gün idi evə gəlmirdi.

Onun müavini Vidadi Bəhman oğlu Vəliyev isə ifadəsində bildirib ki, o şirkətə daxil olmaq istəyib, lakin qapı bağlı olduğu üçün binanın damına çıxıb, nəticədə damdan yıxılaraq xəsarət alıb.

Qeyd edək ki, R.Bayramovanın meyiti ailəsinə təhvil verilib. (report.az)


Müəllif:

Oxşar xəbərlər