Feysbuk sosial şəbəkəsində dəhşətli video görüntü yayılıb.
Videoda iki nəfərin əlləri bağlanmış vəziyyətdə yerdə oturması, sorğulanması və kimliyi bilinməyən bir şəxsin mişarla onlardan birinin başını kəsməsi görünür. Daha sonra onlardan digərinə yaxınlaşan bir nəfər bıçaqla ikincinin başını kəsir.
Şəbəkədə yayılan məlumata görə, başı kəsilən hər iki şəxs Meksika narkomafiyasının üzvüdür.
Ürəyi zəif olanların videoya baxmamasını tövsiyə edirik.
/axar.az/