Teleqraf.com xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən hökm oxunub.
Zabil Məmmədov 18 il, İlyas Məmmədov 17 il, Ceyhunə Qurbanova isə 16 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, qətl hadisəsi ötən ilin mayın 4-də baş verib. Bakı şəhər sakini, 84 yaşlı Məmməd Səmədovun əlləri mələfə ilə arxadan bağlı vəziyyətdə olan meyiti yaşadığı Yasamal rayonu A.Abbasov küçəsindəki mənzilində tapılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zabil Məmmədov, İlyas Məmmədov və Yevlax rayon sakini Ceyhunə Qurbanova tutulublar.