22 İyun 2017 12:54
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gülşən Bəkirova, Zoya Nadirova və Xalidə Bəkirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Azər Orucovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Gülşən Bəkirova 8 il, Xalidə Bəkirova 8 il 6 ay mqddətinda azadlıqdan məhrum olunub.

Zoya Nadirova isə 3000 min manat məbləğində cərimə edilib.

İttihama görə, ötən il mayın 6-da Yaşar Feyzullayevə məxsus evdən 220 manat pul və qızıl əşya oğurlanıb. Oğurluğu törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Gülşən Bəkirova tutulub, digər 2 nəfər müəyyən edilib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların mayın 10-da Səyyarə Əliyevaya məxsus evdən 270 manat pul və 10000 manat dəyərində qızıl əşyalar oğurladıqları da müəyyən edilib.

Xatırladaq ki, Xalidə Bəkirova İstintaq Təcridxanasında uşaq dünyaya gətirib.

Zoya Nadirova barəsində başqa yerə getməmə qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov