Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Əməl Yusubova Kəmərin Göynük məhəlləsində hamamda çimərkən evə daxil olan 14 yaşlı yeniyetmə tərəfindən 8 bıçaq zərbəsi alıb.
O, xəstəxanada müalicə aldıqdan sonra evə buraxılıb.
Evə dönən Əməl Yusbova ona dəstək olanlara sosial mediadan təşəkkür edib: “Mənim üçün ürəkdən dua edən hər kəsə təşəkkür edirəm. Bəlkə də etdiyim yaxşılıqlar məni həyata qayıtardı. Çünki bu vəziyyətdən sağ çıxmağım imkansız idi. Bu, Rəbbimin möcüzəsidir” .
Əməl Yusubovanı bıçaqla yaralayan yeniyetmə hadisədən sonra polis tərəfindən saxlanılıb.