Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilənlərin hər biri 3 il müddətə azadlıqdan məhrum edilib.
Hökmdə qeyd olunub ki, zərərçəkmişə ziyan tam şəkildə ödənilib.
İttihama görə, bu il yanvarın 26-da Bakının Binəqədi rayonunda yerləşən mənzil sahibi Ramazan Əsgərov evindən oğurluq edilməsi ilə bağlı polisə müraciət edib. O, bildirib ki, evində usta işləyən Emin Mehdiyev və onun tanışı Namiq Məsimov 12 min manat pulunu oğurlayıblar.
İstintaq sənədlərində göstərilir ki, Ramazan Əsgərov evində usta işləyən Emin Mehdiyevə gecəni bir yerdə keçirəcək xanım tapmasını xahiş edib.
Emin Mehdiyev də evdə külli miqdarda pul olduğunu bilib. Bu zaman usta tanışı Namiq Məsimova xəbər verib. Namiq Məsimov da Ramazan Əsgərovun evinə qadın gətirib.
Ramazan Əsgərov qadınla olan zaman iki tanış evdən 12 min manatı oğurlayıblar.