Teleqraf.com xəbər verir ki, rayonun Qala qəsəbəsində 1994-cü il təvəllüdlü Cəmalə Həmidova yaşadığı evdə bıçaqlanıb.
O, bıçaq xəsarəti ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Cəmalə Həmidovanın vəziyyətinin ağır olduğu bildirilir.
Məlum olub ki, Cəmalə Həmidova ailə münaqişəsi zəminində anası ilə mübahisə edib. Mübahisə zamanı ana qızını bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanıb.