30 İyul 2017 15:59
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ərlə arvad arasında mübahisə cinayətlə nəticələnib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində 1998-ci il təvəllüdlü Zeynəb Musayeva əri, 1997-ci il təvəllüdlü Fərid Əmirahov tərəfindən vəhşicəsinə döyülüb.

Xəsarət alan Zeynəb Musayeva 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Bildirilir ki, Zeynəb Musayeva ilə Fərid Əmirahov bir il əvvəl ailə qurublar. Onların bu evlilikləri dava-dalaşla keçib. Fərid Əmirahovun Zeynəb Musayevanı hər gün döyüb, işgəncə verdiyi deyilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər