Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakim bildirib ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilib. Hökmə əsasən, hər üç şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Onlara şərti cəza verilib. Emil Nəbiyevlə Əli Rüstəmov məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, hər üç şəxs "Sədərək" Ticarət Mərkəzində yerləşən mağazada elektrik mallarının satışı ilə məşğul olub. Onlar 4 vətəndaşa qarşı ümumilikdə 70 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəyiblər.
Emil Nəbiyev, Əli Rüstəmov və Teymur Hüseynov Cinayət Məcəlləsəsinin 178.2.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddələri ilə ittiham olunub.
İstintaq dövründə Teymur Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilməyib.