6 Sentyabr 2017 12:03
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirli bilinən Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Bənövşə Süleymanovanın 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi vəzifəsində çalışıb.

O, vəzifə səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş Famil Şükürov, İlham Paşayev və digərlərinin etibarından sui-istifadə edib, onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə 100 min manata yaxın pullarını dələduzluq yolu ilə ələ keçirib.

Bənövşə Süleymanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Bənovşə Süleymanova dələduzluq yolu ilə ələ keçirdiyi pulları ərinə verdiyini deyib. O, həmçinin ifadəsində göstərib ki, əri onu əxlaqsız hərəkətlər etməyə məcbur edib.

Məhkəmədə ifadə verən Elmar Paşayev həyat yoldaşının dediklərini təkzib edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər