Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 1989-cu il təvəllüdlü Vüqar Həmidov həmyerlisi, 1968-ci il təvəllüdlü Musa Məmmədovu bıçaqlayıb.
Musa Məmmədov xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, Vüqar Həmidov Musa Məmmədovu qisas almaq məqsədilə bıçaqlayıb.
Belə ki, hadisədən əvvəl Musa Məmmədov Vüqar Həmidovun qardaşı, 1985-ci il təvəllüdlü İlqar Həmidovu dəmir linglə vurub.
Vüqar Həmidov da qardaşını vurduğuna görə onunla mübahisə edib. Mübahisə zamanı Musa Vüqar Həmidovu da söyüb. Təhqiredici ifadələrə dözməyən Vüqar bıçağa əl atıb.
Cinayəti törədən Vüqar Həmidov polis tərəfindən saxlanılıb.