24 İyul 2014 11:37
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda qadını döyərək qarət ediblər.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Cəmilə Qurbanova tanışı Mətləb Məmmədovun quldurluğu ilə üzləşib. Qadının evinə gələn Mətləb Məmmədov əvvəlcə qadını döyüb. O, qadını döyəndən sonra evdə olan 800 manat pulu, əl çantasında olan 250 manat pulunu götürüb və evdən gedib.

Cəmilə Qurbanova tanışı tərəfindən quldurluqla üzləşməsi ilə bağlı polisə şikayət edib. Onun şikayəti əsasında Mətləb Məmmədov həbs edilib. İlkin istintaqa ifadə verən Mətləb Məmmədov törətdiyi cinayəti etiraf edib. Cəmilə Qurbanova ilə bir neçə ildir qeyri-rəsmi nikahda yaşadığını deyən Mətləb Məmmədov hadisəni imkanzılıqdan törətdiyini deyib. Onun sözlərinə görə, pula ehtiyacı olub, buna görə də cinayətə əl atmalı olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisə ilə bağlı istintaq hərəkətləri həyata keçirilir.


Hacı Zeynalov


Müəllif: