Goranboy rayonunda bıçaqlanma baş verib.
Teleqraf.com xəbər verir ki, 1994-cü il təvəllüdlü Marat Hüseynzadə bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
Marat Hüseynzadə ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirib.
Amma polis araşdırması zamanı onun bıçaqlandığı aşkarlanıb. Maratın kim tərəfindən və harada bıçaqlandığı məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.