22 Sentyabr 2017 13:04
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunun Qurudərə kəndində qətl hadisəsi baş verib.

DİN-dən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirərək hadisə yerini tərk edib.

Dəhşətli qətlin bəzi təfərrüatı məlum olub. Report-un məlumatına əsasən, hadisəni törədən Şöhrət Məsimov ailəsi ilə birgə Bakı şəhərində yaşayırmış, o bir neçə gün əvvəl kəndə valideynlərini görməyə gəlib. Sentyabrın 21-i isə hələlik məlum olmayan səbəblərdən atası, 1931-ci il təvəllüdlü Məsimov Mikayıl Yusif oğlu, anası 1938-ci il təvəllüdlü Məsimova Ayna Hüseyn qızını qətlə yetirib və qaçıb.

Həmin vaxt onun qardaşının yoldaşı və iki uşağı da evdə olub, onlar bağda olduqları üçün hadisəni görməyib. Kişinin meyiti evdə kürəyindən bıçaqlanmış halda, qadının meyiti isə həyətdə alma ağacının altında aşkarlanıb. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Deyilənən görə, Ş.Məsimov spirtli içki düşkünü olub.

Faktla bağlı cinayət işi başlanıb.

Hazırda onun axtarışları davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər