27 Sentyabr 2017 18:40
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində evdən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, Xatirə Cəfərovanın evindən 500 manat, 200 ABŞ dolları, 2 min manat dəyərində qızıl olan seyf oğurlanıb.

Ev sahibi Abşeron rayon Polis İdarəsinə müraciətində bildirib ki, evdə usta kimi işləmiş Toğrul və İnam adlı şəxslərdən şübhələnir.

Keçirilən əməliyyat nəticəsində Toğrul Əmirəhmədov və onun qaynı İnam İsbatov saxlanılıb. Onlar əməllərini etiraf ediblər.

Bildirilib ki, seyfi evdən Toğrul çıxarıb, İnamın avtomobilində onun yaşadığı evin həyətinə aparıblar. Orada seyf açılıb, pul və qızıllar bölüşdürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov