Bakının Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində yaşayan 1985-ci il təvəllüdlü Bəhruz Zeynalov şəxsi münasibətlər zəminində tanışı ilə mübahisə edib.
Mübahisə zamanı həmin şəxs Bəhruz Zeynalovun boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb.
Bəhruz Zeynalov hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.