Bakıda lombarddan 6 min manatlıq qızıl oğurlanıb.
Teleqraf.com xəbər verir ki, oğurluqda şübhəli bilindiyinə görə həbs olunan Ayaz Rəhimovun ətrafında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanası və Pirallahı rayon polis şöbəsi əməkdaşları tərəfindən araşdırma aparılıb.
Onun bu il fevralın 27-də lombardlardan birindən 2000 manat və 4000 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilib.