14 Dekabr 2017 16:27
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi öldürməkdə təqsirli bilinən Elnur Nəhmətov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Elnur Nehmətov 5 il, Pərviz Hüseynov 2 il, Ruslan Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Elnur Nəhəmətovun 19 il, Pərviz Hüseynovun 3 il, Ruslan Məmmədovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Hökmümə əsasən, Elnur Nehmətovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) həmin məcəllənin 124-cü maddəsinə (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib.

İttihama görə, bu il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Yalçın Qocayev hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yalçın Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində Elnur Nəhmədov tərəfindən döyülərək öldürüldüyü müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər