Bakının Binəqədi rayonunda qadın basqına məruz qalıb.
Teleqraf.com xəbər verir ki, iki kişi paytaxt sakini olan qadını döyərək 5500 manatını alıblar.
Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Orxan Hümbətov və Abşeron rayon sakini Rəmzi Muradov saxlanılıblar.
Orxan Hümbətov əvvəllər məhkumluq həyatı yaşayıb.