18 Dekabr 2017 13:26
1 270

Bakının Sabunçu rayonunda bıçaqlanma olub.

Teleqraf.com xəbər verir ki, rayonun İlyas Aslanov küçəsində 1994-cü il təvəllüdlü Aynurə Babayeva bıçaqlanıb. O, 3 saylı Sabunçu şəhər xəstəxanasına yerləşdirilib.

6 bıçaq xəsarəti alan Aynurə Babayevaya tibbi yardım göstərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən şəxs müəyyən edilib. 1993-cü il təvəllüdlü Günay Əliyeva həbs olunub.

Məlumata görə, Aynurə Babayeva Günay Əliyevanın əri Əliyar Əhmədova ilə sevgili olub. İki qadının arasında dəfələrlə mübahisə düşüb.

Sonuncu dəfə də eyni səbəbdən qadınlar mübahisə ediblər. Günay Əliyeva hadisədən əvvəl Aynurə Babayevaya zəng vurub və onunla görüşmək istədiyini bildirib.

Vəd olunan yerə gələn Günay Əliyeva özü ilə bıçaq da götürüb. Aynurə Babayeva ilə mübahisə zamanı Günay Əliyeva ərindən əl çəkməsini ondan tələb edib. Lakin Aynurə Babayeva Əliyarı sevdiyini, ondan ayrılmayacağını deyib. Əsəbiləşən Günay bıçağa əl atmalı olub.

Polis tərəfindən saxlanılan Günay Əliyeva iki uşaq anasıdır.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov