21 Dekabr 2017 21:59
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Teleqraf.com-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Məmmədov Vüsal Əlövsət oğlunun yanına qısa müddətli görüşə gəlmiş qohumu Qaniyev Bayram Məmmədağa oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman 400 qr həcmində üzərində “İvanovka şor” yazılmış plastik qabda olan şorun içərisinə tramodol preparatının qatışdırılması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər