Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 5000 ABŞ dolları və 15000 manat dəyərində qızıl əşyaları oğurlanması barədə 26-cı polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nigar Hüseynova saxlanılıb.
Məlum olub ki, Nigar Hüseynova həmin evə qonaq gəlib. O, qonaq gəldiyi evdə pul və qızıl olduğunu bilib. Evdə tanışının başının qarışdığını görən qadın pulları və qızılları götürərək aradan çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.