29 Dekabr 2017 10:15
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sharks Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə ANS ÇM Yayım və Media Şirkəti arasında gedən məhkəmə çəkişməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı qətnamə qismən ləğv edilib, həmin hissədə iddia təmin olunmayıb.

Qeyd edək ki, ANS-lə "Sharks" şirkəti arasında 2013-cü il avqustun 27-də ilk müqavilə bağlanıb. ANS 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək sponsorluq haqqında müqaviləyə əsasən borcun tutulması iddiasını irəli sürüb.

Prosesdə ANS-in hüquqi nümayəndəsi iddia edib ki, "Sharks" şirkəti onlara yalnız 2 müqavilənin pulunu ödəyib.

ANS-lə "Sharks" şirkəti arasında 2013-cü ildə 14 müqavilə imzalanıb. Müqaviləyə əsasən, ANS Sharks MMC-nin reklam məsullarını efirdə yerləşdirib. Həmin reklam çarxlarının qarşılığında şirkət ANS-ə yalnız 2 müqavilənin pulunu ödəyib.

Onlar ANS-ə hissə-hissə 1279, 3900, 700 və 2036 manat vəsait ödəsə də, qalan pullar ödənilməyib.

ANS rəhbərliyi "Sharks" şirkətinin qalan 34 900 manat pulu ödəməsini istəyib.

Şirkətin nümayəndəsi isə qarşı tərəfin iddiasını qəbul etməyib və MMC-nin ANS-ə borclu olmadığını bildirib. Məhkəmə iddianı qismən təmin edib. Şirkət həmin qərardan apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi şirkətin apelyasiya şikayətini təmin etməyib.

ANS ÇM Yayım və Media Şirkəti isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, borcun və dəbbə pulunun ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddia tələbini qismən təmin edib.

Xatırladaq ki, ANS Müstəqil Yayım və Media Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziya ləğv edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər