Bakının Səbail rayonunda iki nəfərin mübahisəsi cinayətlə nəticələnib.
Teleqraf.com xəbər verir ki, Bayıl qəsəbəsindəki kafelərin birində 1962-ci il təvəllüdlü Nəsrəddin Əliyev və 1985-ci il təvəllüdlü Rəşadət Məmmədov yeyib-içiblər.
Sərxoş tanışlar sonra bir-birləri ilə zarafat ediblər. Zarafatdan incidikdə mübahisəyə başlayıblar, əlbəyaxa olublar.
Dava zamanı Nəsrəddin Əliyev araq butulkasını Rəşadət Məmmədovun başına çırpıb. Rəşadət Məmmədov isə Nəsrəddin Əliyevi stulla vurub. Onların hər ikisi xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.