Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Kamal Seyfullayev epizodu ilə bağlı təqsirləndirilən Füzuli Əliyev ifadə verib.
O, ittihamları qəbul etmədiyini söyləyib. Daha sonra zərərçəkmiş Əli Mirzəyev epizodu ilə bağlı digər təqsirləndirilən Natiq Alıyev dindirilib.
Natiq Alıyev də ittihamları rədd edib.
Prosesdə fasilə elan olunub.